İsveçli müstəqil oyun studiyası "Dazed Games" tərəfindən hazırlanan "How to Fish" oyunu qısa müddətdə oyun dünyasının diqqət mərkəzinə düşüb. 20 avqust tarixində yalnız "Steam" rəqəmsal mağazasında istifadəyə verilən layihə, cəmi iki gün ərzində dünya üzrə bir milyon nüsxədən çox satılaraq böyük uğura imza atıb.
Oyunçular tərəfindən yüksək qiymətləndirilən layihə, 12 minə yaxın rəy əsasında 94% "çox müsbət" reytinq qazanıb. Maraqlıdır ki, oyunun populyarlıq zirvəsində eyni vaxtda 268,1 min istifadəçi onlayn olub. Geliştiricilər, oyunçuların dəstəyinə təşəkkür edərək, gələcəkdə yeni məzmunların əlavə ediləcəyini və mövcud texniki problemlərin aradan qaldırılacağını vəd ediblər.
Oyunun süjeti və əsas xüsusiyyətləri nələrdir?
"How to Fish" oyununun süjeti sərxoş halda qayıqla qaya adasına çırpılan bir qrup dostun macərasından bəhs edir. Evə qayıtmaq üçün yollar axtaran qəhrəmanlar balıq tutmağı öyrənməli, ovladıqları balıqları satmalı və hətta qumar oyunlarında bəxtlərini sınamalıdırlar. Oyunun ən diqqətçəkən məqamlarından biri isə balıqları əvvəlcə əllə, daha sonra isə odlu silahlarla ovlamaq imkanıdır.
Layihənin əsas xüsusiyyətləri arasında realist fizika mühərriki, dörd nəfərlik kooperativ rejim və 18 dil dəstəyi yer alır. 27 avqust tarixinə qədər 222 rus rublu qiyməti ilə təqdim olunan oyun, həm tək, həm də dostlarla oynamaq üçün geniş imkanlar təklif edir.






