Dünyaca məşhur yapon oyun dizayneri və "Metal Gear Solid", "Death Stranding" kimi layihələrin müəllifi Hideo Kojima 63 yaşını qeyd edib. Özünün sosial media hesabında paylaşım edən tərtibatçı, yaş artdıqca arzularının və ehtiyaclarının çoxaldığını, lakin onları həyata keçirmək üçün vaxtın azaldığını vurğulayıb. O, həyatını və zamanını idarə etməyi daim yenidən nəzərdən keçirdiyini qeyd edib.
Hideo Kojima müxtəlif incəsənət sahələrindən əməkdaşlıq təklifləri almasına baxmayaraq, əsas hədəfinin oyun yaratmaq olduğunu bildirib. "Kojima Productions" studiyasının qurulmasının 10-cu, özünün isə oyun sənayesindəki fəaliyyətinin 40-cı ilini qeyd edən yaradıcı, başladığı işi yarımçıq qoymamağın vacibliyini vurğulayıb. Studiya əməkdaşları isə onu "Vivant" serialındakı obrazı əks olunan xüsusi tortla təbrik ediblər.
Kojima Productions hansı layihələr üzərində işləyir?
"Kojima Productions" studiyası özünün 10 illik yubileyi münasibətilə 2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində Tokiodakı "Azabudai Hills" qalereyasında xüsusi sərgi təşkil etməyə hazırlaşır. 16 dekabr 2015-ci il tarixində əsası qoyulan studiya hazırda iki böyük layihə üzərində çalışır. Bunlardan biri qorxu janrında olan "OD", digəri isə yeni nəsil casusluq ekşeni olan "Physint" layihəsidir.






