"Unfrozen" studiyası və naşir "Hooded Horse" tərəfindən hazırlanan "Heroes of Might & Magic: Olden Era" strateji oyunu üçün gözlənilən yenilik təqdim edilib. Oyunun 13-cü yeniləməsi (versiya 0.80.45) ilə birlikdə, "Heroes of Might & Magic III"-ün "Horn of the Abyss" əlavəsindəki ən populyar xəritələrdən biri olan "Sirli ada" (Mysterious Island) oyuna inteqrasiya olunub.
Bu xəritəni kim hazırlayıb?
Xəritənin yeni versiyası üzərində işləri orijinal xəritənin müəllifi, hazırda "Unfrozen Studio"-da səviyyə dizayneri kimi çalışan fransız modder Papyjama həyata keçirib. Jül Vernin eyniadlı romanından ilhamlanaraq yaradılan bu məkan, "Olden Era"-nın müasir mexanikaları və fraksiyaları ilə tamamilə yeni bir atmosfer qazanır. Gələcəkdə xəritəyə yeraltı səviyyələr kimi yeni mexanikaların əlavə edilməsi ilə hekayənin daha da genişləndirilməsi planlaşdırılır.
Yeniləmə nələri əhatə edir?
0.80.45 versiyası təkcə xəritə ilə məhdudlaşmır. Yeniləmə çərçivəsində arena rejimi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, oyun prosesində optimallaşdırmalar aparılıb və interfeysi gizlətmək imkanı yaradılıb. 30 aprel tarixində "Steam", "Microsoft Store" və "Game Pass" platformalarında erkən girişə çıxan oyun, artıq 1 milyon nüsxə satılıb və "Steam"-də 87% müsbət rəy toplayıb.





