“Rockstar Games” tərəfindən hazırlanan və maraqla gözlənilən “GTA VI” oyunu həm “PS5”, həm də “Xbox Series X” və “S” konsolları üçün nəzərdə tutulsa da, hazırkı reklam kampaniyası tamamilə fərqli mənzərə yaradır. Bloqer videotech-in müşahidələrinə görə, oyunun təqdimatları sanki “Sony” konsolu üçün eksklüziv məhsul kimi aparılır.
Rəsmi saytda bəzi istifadəçilər üçün “Xbox” versiyasına öncədən sifariş imkanının yoxa çıxması və sosial media platformalarında yalnız “PS5” versiyasının reklam edilməsi bu tendensiyanın əsas göstəriciləridir. “Rockstar” artıq “Sony”-nin ritorikasını mənimsəyərək, “GTA VI”-nı “PS5”-də oynamağın daha üstün olduğunu açıq şəkildə bəyan edir.
Nə üçün “PS5” versiyası daha çox reklam olunur?
Şirkət bu üstünlüyü “PS5”-in innovativ texnologiyaları, o cümlədən taktiki geri dönüş, adaptiv tetikleyicilər, sürətli yükləmə və “Tempest 3D Audio” kimi funksiyalarla əsaslandırır. Mütəxəssislərin fikrincə, bu marketinq strategiyası təmənnasız deyil və “Sony”-nin bu imtiyaz üçün yüz milyonlarla dollar ödədiyi ehtimal edilir.
Qeyd edək ki, “GTA VI” 19 noyabr tarixində satışa çıxarılacaq. Oyunun fiziki versiyası isə disklə deyil, qutu daxilindəki aktivasiya kodu ilə təqdim olunacaq və yaxın aylarda bu formatın dəyişməsi gözlənilmir.






