Musiqi hər zaman “Grand Theft Auto” seriyasının ayrılmaz hissəsi olub və Rockstar Games bu ənənəni yeni səviyyəyə qaldırır. Şirkətin məlumatına görə, GTA VI oyununda seriyanın indiyədək olan ən böyür və müxtəlif radio seçimi təqdim olunacaq. Oyunçular avtomobildə və ya piyada hərəkət edərkən ən azı altı fərqli radio stansiyasını dinləyə biləcəklər.
Təsdiqlənmiş radio stansiyaları siyahısına Cocoteo FM, Back Country Radio, AfroBank FM, The Chamber 106.6, Flash FM və Dirty South Classics daxildir. Bu stansiyalar klassik rokdan tutmuş müxtəlif janrlara qədər geniş musiqi diapazonunu əhatə edir. Həmçinin, Yung Lean və Travis Scott kimi sənətçilərin yer aldığı rəsmi saundtrekdən nümunələr artıq Rockstar-ın rəsmi saytında yayımlanıb.
Oyundaxili podkastlar nə vəd edir?
GTA VI-nın ən maraqlı yeniliklərindən biri ilk dəfə tətbiq olunan oyundaxili podkastlardır. Oyunçular Leonida ştatının uydurma hadisələri və personajları haqqında maraqlı müzakirələri dinləmək imkanı əldə edəcəklər. Bu yenilik, oyunun realizm səviyyəsini artırmaq üçün nəzərdə tutulmuş detallardan yalnız biridir.
Bundan əlavə, oyunun təqdimatında əl-ələ tutma mexanikası və oyunçunun xarici görünüşünü yadda saxlayan polis NPC-ləri kimi detallar da diqqət çəkir. Grand Theft Auto VI artıq ön sifarişə açıqdır və oyunun rəsmi çıxış tarixi noyabrın 19-u olaraq müəyyən edilib.






