"Rockstar Games"-in "GTA V", "Red Dead Redemption" və "Max Payne 3" kimi layihələrində çalışmış keçmiş prodüseri Con Riçço, "GTA VI"-nın PC versiyasının gecikməsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Onun sözlərinə görə, bu qərar studiyanın PC istifadəçilərinə olan münasibətindən deyil, texniki inkişaf strategiyasından irəli gəlir.
Con Riçço qeyd edib ki, oyunların əvvəlcə konsollar üçün hazırlanması, daha sonra PC-yə port edilməsi daha səmərəli nəticə verir. O, əvvəllər oyunların PC-dən konsollara keçirilməsi zamanı keyfiyyət problemlərinin yaşandığını xatırladaraq, "Məhdudiyyətlərlə başlamaq, sonradan genişlənməkdən daha asandır" deyə bildirib.
Nə üçün PC versiyası prioritet deyil?
Müsahibəsində Riçço, studiyanın heç bir platformaya qarşı qərəzli olmadığını vurğulayıb. Əsas məsələnin resursların düzgün bölüşdürülməsi olduğunu bildirən mütəxəssis, "Əgər bir portun yaradılması üçün çox vaxt və əmək sərf edilməlidirsə, studiya bu resursları əsas layihə olan "GTA V" və ya digər böyük oyunların təkmilləşdirilməsinə yönəltməyi üstün tutur" deyə əlavə edib.
"Take-Two Interactive"-in baş direktoru Ştraus Zelnik də daha əvvəl verdiyi açıqlamada, platforma seçiminin əsas auditoriyanın ehtiyaclarına uyğun edildiyini bildirmişdi. Xatırladaq ki, "GTA VI" 19 noyabr tarixində "PS5", "Xbox Series X" və "S" konsolları üçün satışa çıxarılacaq. Oyunun qiyməti 80 ABŞ dollarından başlayır.






