"THQ Nordic" və "Alkimia Interactive" tərəfindən hazırlanan Gothic 1 Remake üçün yayımlanan 1.0.3 yeniləməsi oyunçuların təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Yeniləmə çərçivəsində böyük ölçülü canavarların naviqasiyası, uzunmüddətli oyun sessiyalarında performans göstəriciləri və bəzi personajların üz animasiyaları təkmilləşdirilib. Həmçinin, hekayə xəttindəki irəliləyişə mane olan problemlər və arbalet doldurma animasiyalarındakı qüsurlar aradan qaldırılıb.
Tərtibatçılar oyunun sabitliyini artırmaq üçün çoxsaylı qəzaları (crash) aradan qaldırıb, üzgüçülük zamanı yaranan səs problemlərini və NPC-lərin gözlənilmədən teleportasiya olması kimi xətaları düzəldiblər. Bundan əlavə, məğlub edilmiş personajların gündəlik rejimi və maneənin vurduğu zərər mexanikası yenidən tənzimlənib. Oyunçular artıq birbaşa oyun daxilində və ya rəsmi sayt vasitəsilə yeniləmə qeydlərini izləyə bilərlər.
Gothic 1 Remake, Unreal Engine 5 mühərriki üzərində sıfırdan hazırlanıb və 5 iyun tarixində PC, PS5, həmçinin Xbox Series X/S platformaları üçün buraxılıb. Oyun satışa çıxdığı ilk həftədə 500 mindən çox nüsxə satılaraq böyük uğur qazanıb. Hazırda Steam platformasında 21 mindən çox istifadəçi rəyi ilə 88% müsbət reytinqə sahib olan layihə, 78 minə yaxın oyunçunu eyni anda onlayn görməklə populyarlığını qoruyur.






