"Santa Monica Studio" tərəfindən hazırlanan və oyun dünyasında böyük maraqla gözlənilən "God of War Laufey" layihəsi ilə bağlı yeni detallar məlum olub. Rəsmi açıqlamalara görə, oyun fiziki disk formatında istifadəçilərə təqdim ediləcək. Bu məlumat, Sony şirkətinin 2028-ci ilin yanvarından etibarən yeni oyunlar üçün disk istehsalını dayandıracağı qərarı ilə birbaşa əlaqəlidir.
Ekspertlər qeyd edirlər ki, oyunun disk versiyasının olacağı faktı, onun 2027-ci ilin sonuna qədər bazara çıxarılacağını dolayı yolla təsdiqləyir. Əks təqdirdə, layihənin fiziki formatda buraxılması mümkün olmayacaqdı. İnsayderlərin proqnozlarına görə, oyunun 2027-ci ilin ilk yarısında satışa çıxarılması planlaşdırılır.
Oyunun süjeti və texniki xüsusiyyətləri nələrdən ibarətdir?
"God of War Laufey" hadisələri "Everywhen" adlı tanrılar dünyasında cərəyan edir. Süjet xətti Kratos-un həyat yoldaşı və Atreus-un anası olan Faye-in ölümündən sonrakı dövrü əhatə edir. Oyun PS5 platforması üçün xüsusi olaraq hazırlanır.
Yeni layihə 2018-ci ildən bəri studiyanın planlarında yer alıb. Oyunçulara "God of War" (2018) və "Ragnarok" hissələrinə paralel bir hekayə, həmçinin klassik və müasir döyüş sistemlərinin vəhdəti və nəhənglərin sehrli gücləri vəd edilir.






