"Playground Games" şirkətinin çox gözlənilən "Forza Horizon 6" oyunu həftəsonu internetə sızdırılıb və artıq piratlar tərəfindən sındırılıb. İddialara görə, bəzi "Steam" istifadəçiləri oyunun şifrələnməmiş öncədən yükləmə versiyasına giriş əldə ediblər. Nəticədə, tam versiya fayl mübadiləsi saytlarında peyda olub. "Reddit" istifadəçiləri həcmi 150 GB-dan çox olan oyun fayllarının internetə yükləndiyini fərq etsələr də, platformanın hüquq komandası sonradan bu paylaşımları silib.
Normalda "Forza Horizon 6" oyunu 19 may tarixində "Xbox Series S / X" və "PC" platformaları üçün buraxılmalı idi. Lakin oyundakı onlayn yoxlamalardan yan keçməyə imkan verən vasitələr artıq geniş şəkildə yayılıb. Bu ilin əvvəlində "PC" üçün nəzərdə tutulan "Death Stranding 2" oyununun ilkin versiyası da "Steam" üzərində oxşar halla üzləşmişdi. Hər iki oyunun öncədən yükləmə dövründə niyə şifrələnmədiyi məlum deyil və məsələ ilə bağlı "Microsoft" şirkətinə müraciət edilib.
Gələn həftə debüt edəcək "Forza Horizon 6" oyunçulara Yaponiyanı, xüsusən də Tokionun neon işıqlarını və binalarını kəşf etmək imkanı verəcək. Seriya tarixinin ən böyük xəritəsinə sahib olan oyunda ilkin olaraq 550-dən çox avtomobil yer alacaq. Həmçinin, "Playground Games" və "Turn 10 Studios" oyunu bu ilin sonlarında "PS5" konsoluna gətirmək üzərində işləyir.






