"Xbox Games Showcase 2026" tədbiri çərçivəsində "Bethesda Softworks" və "id Software" tərəfindən təqdim olunan "Revelations" genişləndirməsi "Doom: The Dark Ages" üçün həm ilk, həm də son süjet əlavəsi olacaq. Təqdim olunan treyler oyunun qaranlıq atmosferini və yeni döyüş mexanikalarını nümayiş etdirir. Süjetə görə, ağır yaralanan "Doom Slayer" öz şüurunun yaratdığı dəhşətli bir həbsxanaya – təmizləyiciyə düşür. O, burada öz gücünü bərpa edərək tanrıların yaratdığı bəlalara qarşı mübarizə aparmalı və ardıcıllarını azadlığa çıxarmalıdır.
Genişləndirmə oyunçulara donmuş Cəhənnəm mühiti, mürəkkəb tapmacalar və yeni növ iblislərlə qarşılaşma vəd edir. Əsas yeniliklərdən biri ölümcül "zəncirli nizə" (chain spear) silahıdır. Bundan əlavə, oyunçulara kömək edəcək sirli bir müttəfiq də hekayəyə daxil ediləcək. 7 iyul tarixində satışa çıxarılacaq əlavə PC, PS5, Xbox Series X və S platformalarında əlçatan olacaq.
"Revelations" genişləndirməsi oyunun genişləndirilmiş nəşrinə daxildir, lakin ayrıca əldə etmək istəyənlər üçün qiyməti 20 ABŞ dolları təşkil edir. Həmin tarixdə oyun üçün pulsuz "Ripatorium 3.0" yeniləməsi də istifadəyə veriləcək. Qeyd edək ki, əlavə üçün rus dili dəstəyi nəzərdə tutulmayıb.






