"Diablo IV" oyununun sonunda məğlub olmasına baxmayaraq, Nifrət qızı və iblislərin anası Lilit "Blizzard Entertainment" tərəfindən hazırlanan yeni "Lord of Hatred" əlavəsində geri dönəcək. "IGN" portalı bu möhtəşəm qayıdışın necə baş verdiyini nümayiş etdirən xüsusi bir video yayımlayıb. Videoda Lilitin öz demonik qanadları ilə uçurumdan düşən baş qəhrəmanı xilas etdiyi görünür.
Süjetə əsasən, Mefisto bəşəriyyəti məhv etmək məqsədilə Cəhənnəm qüvvələrini Sanktuarinin üzərinə göndərir. Dünyanı nifrət uçurumundan xilas etmək üçün oyunçular köhnə dostların və gözlənilməz müttəfiqlərin dəstəyini qazanmalıdırlar. Bu müttəfiqlərdən biri də məhz Mefistonun qızı Lilit olacaq. O, əvvəlki məğlubiyyətindən sonra
"Mənsiz qələbə qazana bilməyəcəksiniz"deyə xəbərdarlıq etmişdi.
Lilitin qayıdışı "Diablo IV" azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb. İstifadçilərdən biri olan brickcity7784
"Mən bilirdim ki, o, bizi heç vaxt tərk etməyəcək!"deyə şərh yazıb. Tərtibatçılar yeni əlavədə iblislərlə dolu maraqlı süjet xətti, iki yeni sinif (paladin və cadugər), həmçinin endgame məzmunu daxil olmaqla bir çox qlobal yeniliklər vəd edirlər.
"Diablo IV: Lord of Hatred" genişlənməsi 28 aprel tarixində "PC" (Steam, Battle.net), "PS4", "PS5", "Xbox One" və "Xbox Series X/S" platformalarında buraxılacaq. Əlavənin qiyməti 40 ABŞ dolları təşkil edir və standart nəşrə əvvəlki "Vessel of Hatred" genişlənməsi də daxildir.






