Texnologiya nəhəngi "Cooler Master" videokartların qida girişlərinin həddindən artıq qızması və əriməsi problemini həll etmək üçün yeni "GPU Guard" adapterini satışa çıxarıb. Qurğu sadə quraşdırma prosesi ilə fərqlənir və əslində qida bloku kabeli ilə videokartın 12+4-pin girişləri arasında yerləşən bir uzadıcı rolunu oynayır. Bu yenilik 12V-2×6 standartlı birləşmələr üçün əlavə təhlükəsizlik və monitorinq imkanları təqdim edir.
Hazırda "JD.com" platformasında 359 yuan (təxminən 50 ABŞ dolları) qiyməti ilə siyahıya alınan CMA-CEPC16XXBK1-GL modeli, istifadəçilərə qida sistemini nəzarətdə saxlamağa imkan verir. Adapterin daxilində nasazlıq aşkar edildikdə kompüteri avtomatik söndürən qoruyucu sistem və xəbərdarlıq üçün səsli/işıqlı indikatorlar mövcuddur. Dəstə daxil olan kabel, montaj lövhəsi və qoruyucu qutu istifadəçilərə təhlükəsiz enerji təchizatı vəd edir.
"Cooler Master" Çin bazarında bu məhsul üçün 3 illik xüsusi zəmanət təqdim edir. Şirkət bildirir ki, zəmanət şərtləri daxilində istifadə zamanı videokartın qida girişi əriyərsə, dəymiş ziyan tam kompensasiya olunacaq. Hələlik digər ölkələrdə satışa çıxarılmayan bu qurğu, 12V-2×6 və 12VHPWR girişinə malik istənilən videokartla uyğun işləyir.






