"Blaze Entertainment" şirkəti "The Spectrum Handheld" və "The C64 Handheld" adlı iki yeni portativ oyun cihazını elan edib. 1980-ci illərin klassik fərdi kompüterlərini xatırladan bu qadcetlər yalnız oyunlara köklənib. Hər iki cihaz yaddaşı "microSD" kart vasitəsilə artırıla bilən 25 retro oyunla birlikdə təqdim olunur.
Yeni konsollar 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekranla təchiz edilib. Cihazlarda fərdiləşdirilə bilən idarəetmə düymələri, stereo dinamiklər, qulaqlıq girişi və "USB-C" vasitəsilə şarj olunan üç saatlıq batareya mövcuddur. Stolüstü oyun təcrübəsi istəyənlər üçün cihazları "USB" vasitəsilə klaviatura və coystikə qoşmaq mümkündür.
"The C64" və "The Spectrum" konsollarının çatdırılmasına ən tez 2026-cı ilin oktyabr ayında başlanması gözlənilir. Hazırda "Funstock" platforması üzərindən hər bir cihazı 129.99 ABŞ dolları qiymətinə əvvəlcədən sifariş etmək olar. Baxmayaraq ki, "Anbernic" şirkətinin 48 ABŞ dolları dəyərindəki ucuz "RG28XX" modeli bu oyunları asanlıqla emulyasiya edə bilir, yeni cihazların əsas cəlbediciliyi onların orijinal 80-ci illər dizaynına sadiq qalmasıdır. "Commodore 64" üçün "Boulder Dash", "Aztec Challenge" və "Nebulus", "ZX Spectrum" üçün isə "Manic Miner", "Switchblade" və "Starquake" kimi məşhur oyunlar paketə daxildir.






