2023-cü ilin fevralında işıq üzü görən retro-futuristik şuter "Atomic Heart" uzun müddət "Denuvo" müdafiə sisteminin güclü baryeri sayəsində pirat hücumlarından qorunurdu. İndiyədək oyun yalnız hipervizor metodu ilə sındırıla bilirdi ki, bu da müəyyən risklər daşıyırdı. Lakin "DSOGaming" portalının məlumatına görə, "voices38" təxəllüslü haker "Doom: The Dark Ages" və "Hogwarts Legacy" kimi layihələrdən sonra bu dəfə "Atomic Heart"-ın müdafiəsini aşmağa müvəffəq olub.
Pirat versiyada nələr var?
Yeni sındırılmış versiya 29 aprel 2026-cı il tarixinə aid olan oyun quruluşuna əsaslanır. Bu versiya oyunçulara "İnstinkt İstrebleniya", "Uznik Limbo", "Çarı morskix qlubin" və "Krov na Xrustale" daxil olmaqla, bütün süjet xətti əlavələrini (DLC) təqdim edir. Qeyd etmək lazımdır ki, haker "Denuvo" sistemini tamamilə silməyib, sadəcə onu yan keçib, buna görə də anti-pirat mexanizmi fonda işləməyə davam edir.
Oyunun gələcəyi necə olacaq?
"Mundfish" studiyasının bu layihəsi dünya üzrə 10 milyondan çox oyunçu tərəfindən maraqla qarşılanıb. Oyunun əldə etdiyi kommersiya uğuru artıq "Atomic Heart 2"-nin hazırlanmasına şərait yaradıb. Xatırladaq ki, davam oyunu rəsmi olaraq ötən ilin iyun ayında anons edilib.






