Səyahət zamanı smartfon, qulaqlıq və enerji bankı kimi cihazların enerjisiz qalmaması üçün universal adapterlər vacibdir. "Anker" tərəfindən təqdim edilən Nano Travel Adapter, yığcam ölçüsü və beş cihazı eyni anda doldurma qabiliyyəti ilə diqqət çəkir. Hazırda bu qurğunu Amazon, Best Buy və "Anker"-in rəsmi saytında 19,99 ABŞ dolları (6 dollar endirimlə) qiymətinə əldə etmək mümkündür.
Qurğu 200-dən çox ölkə və regionda istifadə oluna bilən dörd daxili giriş çıxışına malikdir. Adapter iki USB-C, iki USB-A portu və standart elektrik cihazları üçün bir AC çıxışı ilə təchiz edilib. USB-C portu 20 Vt-a qədər enerji ötürə bilir ki, bu da "iPhone" kimi cihazları 30 dəqiqədən az müddətdə 50 faizədək doldurmağa imkan verir.
Cihazın dizaynı daşınma rahatlığı üçün xüsusi olaraq optimallaşdırılıb. Qatlanan çıxışları ilə cəmi bir düym qalınlığında olan adapterin çəkisi 3,8 unsiyadır (təxminən 108 qram). Qeyd etmək lazımdır ki, "Anker" Nano gərginliyi çevirmir, buna görə də fen və ya elektrik ülgücləri kimi cihazları qoşmazdan əvvəl təyinat yerindəki gərginlik standartlarına uyğunluğunu yoxlamaq vacibdir.






