Süni intellekt sahəsindəki sürətli inkişaf çip dizayneri olan şirkətlərin gəlirlərinə müsbət təsir göstərib. İkinci rübün nəticələrinə görə, dünyanın ən böyük 10 çip istehsalçısının ümumi gəliri 73% artaraq 141,45 milyard ABŞ dolları təşkil edib. Bu artımda server seqmenti üçün nəzərdə tutulan mərkəzi prosessorların rolu xüsusilə böyükdür.
AMD və Broadcom-un uğuru nədən qaynaqlanır?
"AMD" şirkəti server prosessorlarına olan yüksək tələbat sayəsində gəlirlərini 1,5 dəfə artıraraq 10,2 milyard ABŞ dollarına çatdırıb və reytinqdə üçüncü pilləyə yüksəlib. Şirkətin server CPU-ları artıq beş rübdür ki, ardıcıl olaraq rekord göstəricilər nümayiş etdirir. Eyni zamanda, ikinci yerdə qərarlaşan "Broadcom" öz gəlirini 112% artıraraq 18,9 milyard ABŞ dollarına çatdırıb. Bu uğur "OpenAI" və "Google" kimi nəhənglərlə əməkdaşlıq və süni intellekt çiplərinin hazırlanması ilə bağlıdır.
Nvidia bazarın nə qədərini əlində saxlayır?
"Nvidia" şirkəti rəqibləri arasında dominant mövqeyini qoruyur və 91,2 milyard ABŞ dolları gəlirlə bazarın 64%-nə nəzarət edir. Bunun əksinə olaraq, smartfon bazarındakı çətinliklər səbəbindən "Qualcomm" dördüncü yerə enib və illik gəliri 5% azalaraq 8,5 milyard ABŞ dolları olub. Siyahıda ilk onluqda yer alan digər şirkətlər arasında "MediaTek", "Marvell" və "Realtek" kimi oyunçular da öz strategiyalarını server seqmentinə doğru genişləndirməyə çalışırlar.






