Texnologiya nəhəngi "Vivo" özünün yeni "Vivo X300 E" modelini rəsmən anons edib. Şirkətin verdiyi məlumata görə, smartfon 27 iyul 2026-cı il tarixində Çin bazarında satışa təqdim olunacaq və hazırda cihaz üçün ilkin sifarişlər artıq qəbul edilir. Yeni model qara, narıncı və ağ rəng seçimləri ilə istifadəçilərin ixtiyarına veriləcək.
"Vivo X300 E" hansı texniki özəlliklərə malikdir?
Cihazın ən diqqətçəkən xüsusiyyətlərindən biri 7200 mAh tutumlu batareyasıdır. Smartfon "Zeiss" ilə birgə hazırlanmış üçlü arxa kamera sistemi ilə təchiz olunub və bu sistem kvadrat formalı modulda yerləşdirilib. İnnsayderlərin məlumatına görə, model 6,59 düymlük AMOLED ekran, 120 Hz yeniləmə tezliyi və 2750×1260 piksel təsvir ölçüsü ilə təqdim ediləcək.
Performans baxımından "Vivo X300 E" flaqman səviyyəli 3 nm texnologiyalı "Qualcomm Snapdragon 8 Gen 5" prosessoru ilə işləyir. Kamera dəstinə 50 MP-lik "Sony IMX921" əsas sensoru, optik stabilizasiyalı periskopik telefoto obyektiv və 8 MP-lik ultra genişbucaqlı modul daxildir. Cihaz həmçinin 90 Vt gücündə sürətli naqilli enerji doldurma texnologiyasını dəstəkləyir.
Yalnız 7,99 mm qalınlığında və 203 qram ağırlığında olan smartfon IP68/IP69 standartlarına uyğun olaraq toz və sudan və tozdan qorunma təmin edir. Proqram təminatı olaraq cihazda "Android 16" bazasında qurulmuş "OriginOS 6" əməliyyat sistemi istifadə olunacaq.






