"SwitchBot" şirkəti ənənəvi açarlara ehtiyacı aradan qaldıran yeni retrofit smart kilid sistemini təqdim edib. IFA sərgisində nümayiş olunan "SwitchBot Lock Ultra Max Vision Pro Combo" adlı dəst, istifadəçilərə 19 fərqli giriş üsulu təklif edir. Bura barmaq izi skanı, parollar, NFC kartlar, həmçinin üz və ovuc damarı vasitəsilə kontaktsız identifikasiya daxildir.
Sistemə "Lock Ultra Max", "Keypad Vision Pro" və "Hub Mini Matter" daxildir. Dəstin qiyməti 339,99 avro (təxminən 395 ABŞ dolları) təşkil edir. Şirkət bildirir ki, bu yeni model ötən il buraxılan "Lock Ultra Vision" modelindən daha güclüdür və Avropa bazarı üçün xüsusi olaraq optimallaşdırılıb.
Bu smart kilid hansı imkanlara malikdir?
Yeni cihaz Avropadakı qıfılların 99 faizi ilə uyğunluq təşkil edir. Buraya standart EU profil silindrləri, düyməli silindrlər, İsveçrə dairəvi silindrləri və Böyük Britaniya oval silindrləri daxildir. Qeyri-adi quraşdırma tələb edən qapılar üçün isə əlavə adapterlər mövcuddur.
"Lock Ultra Max" modeli daha güclü mühərriklə təchiz olunub. Bu mühərrik 9 kiloqramdan çox fırlanma gücü təmin edir və 160 rpm sürətinə çatır. Bu göstərici əvvəlki "SwitchBot Lock Ultra" modelindən 3,2 dəfə daha sürətli işləmə qabiliyyəti deməkdir.






