"Paulo Gomes Team" tərəfindən aparılan araşdırma "Nvidia" video kartlarının diaqnostika imkanları haqqında yeni faktları üzə çıxarıb. İndiyədək "GPU-Z" və "HWInfo" kimi proqramlar yaddaşın temperaturunu vahid bir göstərici kimi təqdim edirdi, lakin əslində sürücü hər bir çipdən ayrı-ayrı məlumat alır və istifadəçiyə yalnız ən yüksək temperaturu nümayiş etdirir.
Bu texnologiya necə işləyir?
Tədqiqatçılar MMIO (Memory-Mapped I/O) mexanizmindən istifadə edərək hər bir yaddaş kanalına çıxış əldə ediblər. Bu üsulla çiplərin fiziki yerləşməsi ilə temperatur göstəriciləri uyğunlaşdırılıb. GeForce RTX 3080 üzərində aparılan testlər zamanı bəzi çiplərin 86 °C-yə qədər qızdığı, digərlərinin isə daha sərin qaldığı müşahidə edilib.
Nə üçün bu kəşf vacibdir?
Hər bir çipin temperaturuna nəzarət etmək video kartların təmiri və diaqnostikası üçün böyük əhəmiyyət kəsb edir. Bu metod vasitəsilə termopastanın və ya termoprodkladkaların düzgün təmasda olub-olmadığını, eləcə də hansı mikrosxemin həddindən artıq qızdığını dəqiq müəyyən etmək mümkündür.
Hazırda bu üsul GDDR6 yaddaşlı mobil qrafik prosessorlar, həmçinin GeForce RTX 30 və RTX 40 seriyalı masaüstü modellər üçün tətbiq olunur. Paulo Gomes Team hələlik hazırladıqları xüsusi utilitləri ictimaiyyətə təqdim etməyib, lakin bu kəşf "Nvidia" kartlarında istifadəçilər üçün əlçatan olmayan geniş diaqnostik məlumatların mövcudluğunu sübut edir.






