“Dreame E-Wind” seriyası nə ilə fərqlənir?
Müasir istifadəçilər kondisionerlərdən yalnız soyutma deyil, həm də səssiz iş rejimi və havanın keyfiyyətli təmizlənməsini tələb edirlər. “Dreame” tərəfindən hazırlanan “E-Wind 25” və “E-Wind 30” modelləri məhz bu ehtiyacları qarşılamaq üçün yaradılıb. Qurğular avtomatik tənzimlənən jalüzlər vasitəsilə havanın həcmli paylanmasını təmin edir, bu da otaq daxilində soyuq və ya isti zonaların yaranmasının qarşısını alır.
Ağıllı funksiyalar və rahat idarəetmə
Kondisionerlərin ən diqqətçəkən özəlliklərindən biri “I Feel” texnologiyasıdır. Pultda yerləşən temperatur sensoru sayəsində cihaz məhz istifadəçinin olduğu zonadakı temperaturu əsas götürərək iş rejimini tənzimləyir. Bundan əlavə, “Dreamehome” mobil tətbiqi vasitəsilə istifadəçilər evə çatmamışdan əvvəl kondisioneri uzaqdan idarə edə, rejimləri dəyişə və ya özünütəmizləmə funksiyasını işə sala bilərlər.
Gigiyena və sağlamlıq standartları
Cihazların daxilində yığılan toz və bakteriyaların qarşısını almaq üçün “Dreame” mühəndisləri çoxmərhələli avtomatik təmizləmə sistemi tətbiq ediblər. İxaprator 58 °C temperaturda sterilizasiya edilərək xoşagəlməz qoxulardan təmizlənir. “E-Wind 30” modelində isə əlavə olaraq ultrabənövşəyi şüalarla hava təmizləmə funksiyası mövcuddur ki, bu da virus və bakteriyaların 90%-dən çoxunu məhv edir.
İnvertor texnologiyası və enerji səmərəliliyi
Bütün modellər invertor kompressor bazasında qurulub, bu da enerji sərfiyyatını azaldaraq cihazın daha səssiz işləməsinə imkan verir. “E-Wind 30” modeli -20 °C, “E-Wind 25” isə -15 °C xarici temperaturda belə effektiv isitmə funksiyasını yerinə yetirə bilir. A++ soyutma və A+ isitmə enerji sinifləri ilə bu kondisionerlər həm qışda, həm də yayda qənaətcil seçim hesab olunur.






