Prezident Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımda süni intellekt sahəsindəki inkişafı dəstəkləmək üçün yeni bir “AI Force” (Süni İntellekt Qüvvələri) yaratmaq istədiyini bildirib. O, bu addımı süni intellekt texnologiyalarının inkişafını məhdudlaşdırmayacaqlarını, əksinə, bu sahəni himayə edərək nəzarətdə saxlayacaqlarını vurğulayıb. Bu təşəbbüs, texnologiya sektorunda süni intellektin tənzimlənməsi ilə bağlı artan çağırışlar fonunda gündəmə gəlib.
Donald Tramp öz çıxışında məlumat mərkəzlərinin (data centers) yerləşdikləri icmalar üçün faydalı olduğunu iddia edib. O, bu mərkəzlərin əməkhaqlarını artırdığını, vergiləri aşağı saldığını və küçələri daha təhlükəsiz etdiyini bildirib, lakin bu iddialarını təsdiqləyən hər hansı sübut təqdim etməyib. Yeni qurulacaq “AI Force” strukturunu isə özünün əvvəllər yaratdığı və “böyük uğur” adlandırdığı “Space Force” (Kosmik Qüvvələr) ilə müqayisə edib.
Yeni yaradılacaq vəzifəyə – “AI çarı” postuna kimin təyin olunacağı və ya bu layihənin hansı müddətdə reallaşacağı barədə hələlik dəqiq məlumat verilməyib. Donald Tramp yalnız namizədlərin yüksək intellektual səviyyəyə malik olmalı olduğunu qeyd edərək, “Yalnız yüksək İQ-yə malik şəxslər müraciət edə bilər!” ifadəsini işlədib.






