"Circular" texnologiya şirkəti özünün yeni "Ring 3" seriyasını rəsmən təqdim etdi. Bu yeni kolleksiya, CES 2025-də nümayiş olunan "Ring 2" modelinin davamçısı kimi bazara çıxır və bir sıra maraqlı yeniliklərləri özündə birləşdirir. Qurğulara inteqrasiya edilmiş NFC çipi sayəsində istifadəçilər smartfon və ya pulqabıya ehtiyac duymadan təmassız ödənişlər həyata keçirə biləcəklər.
"Ring 3 Pro" və "Ring 3 Slim" modellərinin fərqləri nələrdir?
Yeni seriyaya daxil olan "Ring 3 Pro" modeli, xarici və daxili strukturlarında istifadə olunan titan materialı ilə yüksək davamlılıq və daha incə dizayn təklif edir. Cihazın batareya ömrü 12 günə qədər artırılıb və qızılı, çəhrayı qızılı, gümüşü və qara rəng variantlarında mövcuddur. "Ring 3 Slim" isə daha yüngül və kompakt quruluşu ilə seçilir; bu modeldə titanın əvəzinə biouyğun epoksid materialından istifadə olunub.
Hansı sağlamlıq funksiyaları mövcuddur?
Hər iki model vibrasiyalı siqnallar, dərman xatırlatmaları və tənəffüs məşqləri üçün dəstək təklif edir. "Ring 3 Pro" modeli FDA tərəfindən təsdiqlənmiş ürək ritminin pozulması (AFib) aşkarlanması və ECG sensoru ilə təchiz edilib. "Ring 3 Slim" modeli isə PPG sensorları vasitəsilə ürək döyüntüsü, qanda oksigen (SpO₂), dəri temperaturu və yuxu keyfiyyəti kimi göstəriciləri izləyə bilir.
Hələlik hər iki modelin qiyməti açıqlanmasa da, satışa çıxarılma tarixi 2027-ci ilin əvvəlinə planlaşdırılır. Yeni smart üzüklər həm funksionallıq, həm də estetik baxımdan istifadəçilərin gündəlik həyatını asanlaşdırmağı hədəfləyir.






