"Apple" şirkəti rəqəmsal fotoşəkillərin orijinallığını qorumaq üçün yeni bir yanaşma təqdim edir. "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərində istifadəyə veriləcək "Reference Image" funksiyası, cihazın kamera sensoru vasitəsilə çəkilən hər bir pikseli rəqəmsal olaraq imzalayacaq. Bu yenilik, istifadəçilərə çəkdikləri görüntülərin süni intellekt tərəfindən dəyişdirilmədiyini sübut etməyə imkan verəcək.
Bu texnologiya necə işləyir?
İstifadəçilər kameranı "Reference" rejiminə keçirdikdə, cihaz sensor məlumatlarını toplayır və "Private Cloud Compute" vasitəsilə dəyişdirilməz bir istinad şəkli yaradır. Bu şəkil "Photos" tətbiqində saxlanılır və istifadəçilərə orijinal kadrla sonradan redaktə edilmiş versiyaları müqayisə etmək imkanı verir. "Apple" bu yanaşma ilə "SynthID", "C2PA" və "Meta"-nın "Content Seal" standartlarından fərqli olaraq, autentifikasiyanı birbaşa aparat səviyyəsində həyata keçirir.
Tərtibatçılar üçün imkanlar və regional məhdudiyyətlər
Şirkət həmçinin "Reference Image API"-ni tərtibatçılara təqdim edir ki, bu da funksiyanın "iOS", "iPadOS" və "macOS" platformalarında üçüncü tərəf tətbiqlərində istifadəsinə şərait yaradacaq. Qeyd edək ki, "iPhone 18 Pro" seriyası Avropa İttifaqında satışa çıxarıldıqda bu funksiya ilkin mərhələdə aktiv olmayacaq. Lakin regiondakı istifadəçilər "iOS 27", "iPadOS 27" və "macOS 27" yeniləmələri ilə bu şəkilləri görüntüləmək və emal etmək imkanına sahib olacaqlar.






