Apple şirkətinin yeni baş direktoru Con Ternus keçirdiyi ilk təqdimatda iPhone 18 Pro və iPhone 18 Pro Max smartfonlarını rəsmən tanıdı. Cihazlar yenilənmiş dizaynı, o cümlədən yeni "burqundi" rəngi və daha böyük kamera modulu ilə diqqət çəkir. Yeni modellər həm də əvvəlki nəsillə müqayisədə daha uzun batareya ömrü və yüksək performans vəd edir.
A20 Pro çipi və texniki göstəricilər
Yeni smartfonların mərkəzində 2 nanometrlik texnoloji proses əsasında hazırlanan Apple A20 Pro çipi dayanır. Prosessor iki yüksək məhsuldar və dörd enerji effektiv nüvədən ibarətdir ki, bu da A19 Pro ilə müqayisədə 20% daha yüksək sürət təmin edir. Yeddi nüvəli qrafik prosessor isə 40% daha sürətli işləyir. Bundan əlavə, Neural Engine bloku 32 nüvəyə çatdırılaraq süni intellekt tapşırıqları üçün iki dəfə daha çox güc təqdim edir.
Kamera və soyutma sistemi
Hər iki model 48 meqapiksellik Fusion əsas kamerası ilə təchiz olunub və ilk dəfə olaraq dəyişən diafraqma sistemi tətbiq edilib. Bu yenilik istifadəçilərə işıqlandırma şəraitindən asılı olaraq dərinlik və ekspozisiyanı daha dəqiq tənzimləməyə imkan verir. Apple həmçinin iPhone 17 Pro ilə müqayisədə üç dəfə böyüdülmüş buxar kamerası (vapor chamber) vasitəsilə cihazın həddindən artıq qızmasının qarşısını alan yeni soyutma sistemini də təqdim edib.






