"Apple" məhsullarının qiymətlərinin artmasından sonra istifadəçilər üçün sərfəli alış-veriş imkanları aktuallaşıb. Hazırda 512 GB yaddaşa malik 13 düymlük "iPad Pro M5" modeli "Amazon"da 150 ABŞ dolları endirimlə 1549,99 ABŞ dollarına təklif edilir. Bu cihaz "M5" prosessoru, OLED ekranı və 60 Vt sürətli enerji yığma dəstəyi ilə "Apple"ın ən güclü planşetidir.
Digər bir diqqətçəkən təklif isə 1 TB yaddaşlı 11 düymlük "iPad Air M3" modelinə aiddir. İlkin pərakəndə satış qiymətindən 500 ABŞ dolları ucuzlaşan bu cihaz hazırda 749 ABŞ dollarına satılır. Endirim mavi, bənövşəyi, kosmik boz və ulduz işığı rənglərinin hamısına şamil olunur.
Texnoloji dünyadakı digər endirimlər sırasında "Sony" tərəfindən sertifikatlaşdırılmış yenilənmiş "PlayStation 5 Slim" konsolları 499 ABŞ dolları qiyməti ilə diqqət çəkir. Həmçinin, "Apple AirTag" cihazlarının dörd ədədlik dəsti 89,99 ABŞ dollarına endirilib ki, bu da məhsulun indiyədək qeydə alınan ən aşağı qiymətidir.
Oyunçular üçün isə "Razer Viper V3 Pro" simsiz oyun siçanı 30 ABŞ dolları endirimlə 99,99 ABŞ dollarına təklif olunur. 54 qram çəkisi və 95 saatlıq batareya ömrü ilə seçilən bu cihaz, 8K sorğu tezliyi və 35K DPI sensoru ilə yüksək performans vəd edir.






