"Analogue" şirkəti özünün "Analogue 3D" konsolu üçün yeni proqram təminatı yenilənməsini istifadəyə verib. Bu yenilənmə cihaza "Memories" adlı yaddaş funksiyasını əlavə edir. İlk dəfə "Analogue Pocket" portativ cihazında təqdim edilən bu xüsusiyyət, istifadəçilərə müəyyən bir nöqtəyə çatmağı gözləmədən, oyunun istənilən anında prosesi yadda saxlamağa və sonradan həmin yerdən davam etməyə imkan yaradır.
Yeni funksiya "Analogue 3D" cihazında oyun gedişatını yadda saxlamaqla bağlı bəzi çətinlikləri də aradan qaldıracaq. Belə ki, orijinal və ya naqilli "N64" pultlarından istifadə edərkən "Virtual Controller Pak" seçimi hələ də əlçatan deyil. 2024-cü ilin oktyabrında 4K dəstəkli "Nintendo 64" haqqında detallar açıqlanarkən bu xüsusiyyət elan edilsə də, şirkət onun sonrakı yenilənmələrlə gələcəyini bildirmişdi. Ekran görüntülərinin alınması funksiyası hələ də mövcud olmasa da, 1.3.0 versiyalı yenilənmə ilə yaddaş problemi öz həllini tapıb.
Bu il "Analogue 3D" üçün təqdim edilən digər faydalı yeniliklərə çoxoyunlu flaş-kartların daha yaxşı dəstəklənməsi daxildir. Bu sayədə konsol oyunçuların fərqli oyuna keçdiyini aşkarlayaraq fərdi "Virtual Controller Pak" yaddaşları yarada bilir. Bundan əlavə, müasir "OLED" ekranlarda köhnə "CRT" televizorlarının görünüşünü daha yaxşı simulyasiya edən təkmilləşdirilmiş "HDR" imkanları da sistemə əlavə olunub.






