Amazon şirkəti 2026-cı il üçün nəzərdə tutulan ənənəvi Prime Day endirim kampaniyasının vaxtını dəyişib. İyul ayı əvəzinə iyun ayında keçiriləcək tədbir 23 iyun saat 03:01-də (ET) başlayacaq və 27 iyun saat 03:01-dək (ET) davam edəcək.
Dörd gün davam edəcək festivalda həm abunəçilər, həm də digər alıcılar müxtəlif məhsulları endirimli qiymətlərlə əldə edə biləcəklər. Bununla belə, yalnız Prime üzvləri üçün nəzərdə tutulan eksklüziv təkliflər də olacaq. Abunəçilər sürətli çatdırılma, Prime Video platformasına çıxış, 5 ABŞ dolları dəyərində pizzalar və yeni "Spider-Man" filminə erkən bilet kimi üstünlüklərdən yararlana biləcəklər.
Şirkət artıq eero, Kindle və Echo kimi öz texnoloji cihazları üçün ilkin endirimlərə start verib. Yaxın həftələrdə əsas tədbirə qədər daha çox təkliflərin elan ediləcəyi gözlənilir. Qeyd edək ki, "Best Buy" və "Walmart" kimi rəqib şəbəkələrin də bu dövrdə öz endirim kampaniyalarını təşkil edəcəyi bildirilir.





